Divanlar mebel növləri içərisində əhəmiyyətli hesab olunan əsas ehtiyaclardan biridir. Bu gün ev dizaynında bir çox fərqli mebellərdən istifadə olunaraq daha rahat, komfortlu və gözoxşayan məkanlar yaradılır. Evdə vaxtımızın çox hissəsini qonaq otağında məhz divanlarda əyləşərək keçiririk. Qonaq otağında filmlər izlənilir, ailə üzvləri ilə xoş söhbətlər edilir, maraqlı zaman keçirilir. Bu otaq üçün seçiləcək divanlar tək və dəst halda olur. Bu gün bazarda fərqli modellərdə divan çeşidləri görə bilərsiniz. Evinizə yaraşacaq modeli tapmaqda çətinlik yaşayırsınızsa, bizə müraciət edin.
Divan modelləri hansılardır?
Divan modelləri fərqli üslublarda istehsal olunur. Klassik, avanqard, modern, loft tərzinə sahib fərqli divan çeşidləri görə bilərsiniz.
Klassik divanlar ənənəvi dizaynı özündə əks etdirir. İllərdir dəbdən düşməyən bu üslub bir çox evləri bəzəməklə yanaşı, kafe və restoranlarda, otellərdə, müxtəlif iş yerlərində klassik divanlar görə bilərik.
Modern üsluba sahib divan modelləri sadə və minimalistliyi ilə seçilir. Son illər bu üslub dəbdədir deyə bilərik.
Avanqard dizayna sahib olan divanlar içərisində modeul divan modellərinə tələin yüksək olduğunu görmək olar. Modul divanlar fərqli hissələrdən ibarət olur.
Künc divanlar həm mətbəx otağında, həm qonaq otağında, həm də müxtəlif məkanlarda istifadə olunur. Bu divan modelləri U və L formalıdır.
Chesterfield divanlar klassik divan modellərinə bənzəsə də, onlar yalnız dəridən və dəri üzərində işlənilmiş düymələrdən ibarət olur.
Son illər populyar olan Künc divanlar
Künc divanlar son illər daha da populyarlaşan mebel növlərindən biridir. Bu model divanlar U və ya L şəkilində istehsal olunur ki, məkanlardan daha rahat və praktik şəkildə istifadə oluna bilinsin. Künc divanlar adətən iki və ya daha çox hissədən ibarət olur. Bu divanlar adından göründüyü kimi otaqların künc hissəsində yerləşdirilərək daha az yer tuturlar.
Künc divanların üstünlüklərini aşağıdakı şəkildə sıralaya bilərik:
- Künc divanlar otaqda yerin maksimum istifadəsinə imkan verir.
- Olduqca rahat və keyfiyyətlidir.
- Modul künc divanlar fərqli konfiqurasiyalarda istifadə oluna bilir.
- İstənilən məkanda gözəl görüntü yaratmağa qadir olan bu modellər fərqli rəngləri ilə hər kəsin zövqünü oxşamağı bacarır.
Divan qiymetleri
Divan qiymetleri hər model üçün fərqli məbləğ aralığında təklif olunur. Bildiyimiz kimi divanların örtük hissəsi təbii dəridən, parçadan, süni dəridən hazırlanır. Məhz bu materiallara görə qiymətlər təyin edilir. Əlbəttə ki, divan qiymetleri müəyyənləşdirilməsi üçün başqa faktorlar da nəzərə alınır. Bunlara:
- Ölçü
- Brend
- Divanın funksiyaları
- Dizayn da daxildir.
Divanın ölçüsü onun qiymətini müəyyənləşdirən əsas amillərdən biridir. Bazalı və bazasız olmasına, eyni zamanda açılıb-bağlanmasına görə də divan qiymetleri ucuz, orta və yüksək ola bilir. Bahalı divan modelləri içərisində təbii dəridən və yüksək keyfiyyətə sahib mikrofiber parçalardan hazırlanmış divan modellərini göstərə bilərik.
Divan qiymetleri ilə Supremebel.az-da tanış ola bilərsiniz. Bizim sizin üçün təqdim etdiyimiz divan modelləri ilə yanaşı, öz bəyəndiyiniz divanın rəsmini göstərməklə eynisini sifariş edə bilərsiniz. Peşəkar ustalarımız tərəfindən hazırlanan divan qiymetleri də olduqca münasibdir.
Ucuz künc divanlar
Ucuz künc divanlar adətən kiçik ölçülü və parça materialdan hazırlanırlar. Bu divanlar çox yüngüldür, mətbəx üçün istifadəsi daha uyğun olur. Mətbəxdə az yer tutduğu üçün və rahat daşına bildiyindən istehlakçılar bu modellərə üstünlük verirlər. Ucuz künc divanlar adətən 2-4 nəfərin yerləşə biləcəyi sahəyə malik olur.
Divan modelləri necə seçilməli?
Divan modelləri seçimində bəzi amilləri nəzə almağınız vacibdir. Bu nüanslara diqqət etməklə, eviniz və ya iş yeriniz üçün ideal divan seçimini edə biləcəksiniz.
– Divan dəsti seçərkən otağınızın ölçüsü, üslubunuz, istifadə tezliyi və büdcə vacib amillərdir. Rahatlıq, davamlılıq və estetik görünüş kimi xüsusiyyətlərə üstünlük vermək də vacibdir.
– Divan dəstləri adətən parça, dəri və ya süni dəri kimi materiallardan hazırlanır. Parça divanlar ümumiyyətlə daha münasibdir və müxtəlif rəng və naxış variantları təklif edir. Dəri və süni dəri oturacaqlar daha qəşəng görünüşə malikdir və təmizlənməsi daha asan olur.
– Divan dəsti alarkən oturma rahatlığını yoxlamaq vacibdir. Həmçinin parça və ya dərinin keyfiyyətini, tikişlərin səliqəsini, materialın davamlılığını və zəmanət şərtlərini nəzərdən keçirmək lazımdır.
– Divan dəsti alarkən məhsulu almazdan əvvəl dəqiq ölçü götürmək, çatdırılma prosesini və zəmanət şərtlərini başa düşmək, rəng və naxışını evinizdəki digər mebellərlə uyğunlaşdırmaq üçün qiymətləndirmək vacibdir.
Hər zaman keyfiyyəti, mükəmməl dizayna sahib mebelləri ilə seçilən Supremebel.az-dan siz, künc divanlar, tək divanlar, Chester divanlar, divan və kreslolar, mətbəx divanları əldə edə bilərsiniz. Qiymətlərimiz çox münasib, gördüyümüz iş yüksək səviyyəlidir.