Evin giriş hissəsində hiss edilən atmosfer cəkici olmalıdır. Evə girişləri sayılan dəhlizlər evimiz və yaşam tərzimiz haqda ilkin fikrin formalaşmasına təsir edir. Qapıdan girərkən dəhliziniz sizə və qonaqlarınıza doğma,“ev” hissi yaşatması çox önəmlidir. Digər otaqlar üçün keçid sayılan bu məkanlar digər otaqların dizaynından da izlər daşıyır. İstifadə edəcəyiniz dəhliz mebeli evə daxil olan şəxlərin rahat qarşılanması və ilk təəssüratlarının formalaşmasına təsir edən önəmli parçalardandır. Düzgün seçilmiş dəhliz mebeli evinizə xoş abu-hava qatır və qonaqlarınızda xoş təəsürat yaradır. Supre mebel hazırladığı dəhliz mebeli modellərini axtardığınız məhsulları uyğun qiymətlə qarşınıza çıxarır.
Artıq daha çox insan dəhlizlərin dizaynına fikir verməkdə və dekoratif mebellərlə evin giriş hissəsini əlverişli vəziyyətə gətirməkdədir. Girişlərin ölçüsü dəhliz mebeli seçərkən diqqət edilən nüanslardandır. Dar girişli evlər üçün daha kiçik ölçülü, amma daha dərin və hündür rəflərə sahib mebellər əlverişli seçimlər sırasındadır.
Evə girərkən üst paltarların və ayaqqabıların rahatlıqla çıxarılıb yerləşdirilə biləcəyi mebellərə daha çox üstünlük verilməkdədir.
Əlverişli dəhliz mebelləri ayaqqabı üçün dolablar, ayaqqabı geyinərkən rahatlıq yaradacaq oturacaqlar, çətirlər üçün bölmələr, üst geyimlərinin asılması üçün asılqan bölmələrindən ibarət olur. Evinizin giriş hissəsində istifadə edəcəyiniz dəhliz mebelləri əşyalarınızın və girişinizin daha səliqəli və xoş görünməsinə səbəb olacaq.
Dəhliz mebeli hazırlandığı material, rəng və funksionallığına görə bir çox çeşidə bölünür. Evinizin girişinnin qarma-qarışıqlıqdan uzaq olması lazımdır. Bu səbəblə dəhliz mebeli səliqəli və təmiz bir görünüşə sahib olmalıdır.
Düzgün seçilmiş dəhliz mebeli kiçik məkanları isti və doğma məkana çevirməyinizə kömək edir. Dəhliz mebeli dar məkanlarda rahatlıqla istifadə olunacaq tərzdə dizayn edilməlidir. Kiçik evlərdə dəhlizin digər otaqlarla vəhdət təşkil edəcək şəkildə dizayn edilməsi lazımdır. Geniş məkanlarda isə fərqli rəng çeşidlərinin istifadəsi evinizi daha canlı və rahat görünməsinə səbəb olacaqdır.
Dəhlizinizi gözəlləşdirəcək istənilən model, qiymət və ölçüdəki dəhliz mebelləri əldə etmək üçün saytımıza göz atın!