Carpayi modelleri ilə tanış olun!
Carpayi modelleri içərisində çox çeşidlər mövcuddur. Sizin üçün təqdim etdiyimiz bu model tək çarpayı deyil, bütöv bir yataq otağının əsasını təmin edən yataq mebelidir. Kiçik sahəyə malik yataq otağı üçün üstünlük verilən bu çarpayı modelinin üst və yan hissələri dolablarla əhatə olunmuşdur. Bu dolablara rahatlıqla geyimlərinizi və şəxsi əşyalarınızı yerləşdirə bilərsiniz. Mebel həm praktikdir, çünki az yer tutur, həm də estetik baxımdan çox gözəldir. Çarpayının üst hissəsində rəflər də yerləşdirilmişdir ki, burada kitablarınızı, aksesuarlarınızı saxlaya bilərsiniz. Modelin rəngi nümunə olaraq paylaşılmışdır. Bəyəndiyiniz rəngi seçərək eynisini sifariş verə bilərsiniz.